Belarusda fırtınalı hava şəraiti nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
AzerTimes Belta-ya istinadla xəbər verir ki, bu barədə Belarus Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Pis hava şəraiti nəticəsində Belarus ərazisində 372, təkcə paytaxt Minskdə 70 ağac aşıb. Fövqəladə Hallar Nazirliyinin və digər qurumların əməkdaşları bərpa işləri aparır.
Ölüm hadisələri ağacların aşması nəticəsində baş verib.