
Bazar günü Belarus şəhərlərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan etiraz aksiyalarının iştirakçılarının sayı 1000-dən çoxdur.
“Vesna” İnsan Hüquqları Mərkəzi bu barədə məlumat yayıb.
Təşkilatın saytında daim yenilən siyahıda artıq 1 003 nəfərin adı var. Onların çoxu paytaxt Minskdə, bir neçəsi Bobruysk, Vitebsk, Jlobin, Qomel və Lyaxoviçidə saxlanılıb.
Qeyd edək ki, Belarusda etirazlar 9 avqustda baş tutan prezident seçkilərindən sonra başlayıb. Aksiya iştirakçıları səsvermənin saxtalaşdırılmasına qarşı etiraz edirlər.