Böyük Britaniya hökuməti Belarusa qarşı yeni sanksiyalar tətbiq edib
AzerTimes xəbər verir ki, yeni sanksiyalar iyulun 5-dən etibarən qüvvəyə minəcək.
Qadağa Belarus və Böyük Britaniya arasında təxminən 60 milyon funt-sterlinq (təxminən 73 milyon ABŞ dolları – red.) məbləğində idxal və ixracı əməliyyatlarını dayandıracaq.
Belarusa neft məhsulları, dəbdəbəli mallar, qabaqcıl texnologiyalar üçün komponentlərin satışına da sanksiyalar tətbiq ediləcək.