Xəbər - Orxan Nəbiyev – Trend:
Belarus hökuməti koronavirusa qarşı yerli vaksini 2023-cü ildə dövriyyəyə buraxmağı planlaşdırır.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Dmitri Pineviç deyib.
Nazir bildirib ki, yerli vaksin 2023-cü ilin ilk yarısında satışa çıxarıla bilər.
Qeyd edək ki, Belarusda yerli vaksinin istehsalı üzərində işlərin getdiyini prezident Aleksandr Lukaşenko elan etmişdi. Onun sözlərinə görə, Belarus vaksininin ixrac potensialı yüz milyonlarla dollar təşkil edə bilər.