Avropa Birliyinin AB məsələləri üzrə komissarı Stan Nerlov Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Belarus XİN məlumat yayıb.
XİN AB-ni Ukrayna PUA-larının Belarus hava məkanını növbəti dəfə pozmasının qarşısını almaq üçün öz təsirindən istifadə etməyə çağırıb.
Diplomatla görüşdə Belarusun hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan PUA-ların bəzi hissələrində AB ölkələrinin istehsalçılarının işarələrinin tapıldığı bildirilib.