Belarus Müdafiə Nazirliyi Rusiya ilə birgə taktiki hava təlimləri keçirəcək.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Belarus və Rusiya silahlı qüvvələrinin aviasiya bölmələrinin döyüş hazırlığının səviyyəsinin yüksəldilməsi məqsədilə təlimlər keçiriləcək:
“Rusiya tərəfdən bu tədbirdə aerokosmik qüvvələrin hərbi konstruksiyası iştirak edəcək. Regional qoşun qruplaşmasının Belarus və Rusiya komponentlərinin birgə hazırlığı mürəkkəb xarakter daşıyır və təkcə döyüş komponentini deyil, həm də bütün dəstək sistemlərini əhatə edir”.
Təlimlərin nə vaxt keçiriləcəyi barədə məlumat verilməyib.