Belarus Ukrayna ilə sərhədə “İsgəndər”lər göndərir

Belarus Ukrayna ilə sərhədə “İsgəndər”lər göndərir

Belarus Ukrayna ilə sərhəddə qoşun qruplaşmalarını gücləndirəcək.

AzerTimes xəbər verir ki, bunu Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Qomel və Mozır taktiki istiqamətlərində qoşun qruplaşmalarını gücləndirməyi əmr edib.

Qeyd olunub ki, xüsusi təyinatlı qüvvələrin hərbi hissələri, quru qoşunları, “Polonez” reaktiv yaylım atəşi sistemləri və “İsgəndər” əməliyyat-taktiki komplekslərinə təyin olunmuş ərazilərə yürüş etmək tapşırılıb.

Teqlər: