Belarus saytında 20 Yanvar faciəsinin ildönümünə dair məqalə dərc edilib

Belarus mətbuatında 20 Yanvar faciəsinin ildönümünə dair məqalə dərc edilib.

Trend xəbər verir ki, “Belaruskaya Prauda” saytında dərc edilən məqalədə ölkəmizin Belarusdakı səfirliyinin 20 Yanvar faciəsi ilə bağlı təqdim etdiyi faktlar, təhlillər yer alıb.

Məqalədə qeyd olunur ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən 31 il ötür. Keçmiş Sovet İttifaqının hərbi maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı insanlığa qarşı ən dəhşətli cinayətlərdən biri kimi əbədi tarixin qara səhifəsi olaraq qalacaq. Həmin gün sovet hərbi birləşmələri qonşu Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə etiraz olaraq küçələrə çıxan mülki şəxsləri cəzalandırmaq üçün Bakıya və ölkənin bir neçə bölgəsinə qanunsuz olaraq girdi. SSRİ-nin mərkəzi hökuməti Ermənistanın separatçı hərəkətlərinə sadiq idi. Terror aktı nəticəsində Azərbaycanın yüzlərlə günahsız sakini yaralandı və öldürüldü.

Məqalədə vurğulanır ki, dünya ilk dəfə olaraq Bakı hadisələri ilə bağlı həqiqətləri Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin dilindən eşitdi. Faciədən dərhal sonra, 21 yanvar 1990-cı ildə Heydər Əliyev həyatını təhlükəyə ataraq, ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getdi və burada sovet rəhbərliyinin Bakıya qoşun yeritmək qərarını qanunsuz adlandırdırdı, faciəyə ilk siyasi qiymət verərək terror aktı ilə əlaqəli olanların cəzalandırılmasını tələb etdi. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin rəhbərliyinə qayıdışından sonra ilk olaraq 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verildi.

Bu gün 20 Yanvar faciəsinin qurbanlarının ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunur və 20 Yanvar hadisələri zamanı sağlamlıqlarını itirənlər birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin himayəsindədirlər.

Teqlər: