Belarus MDB ölkələri arasında Rusiyanın əsas ticarət tərəfdaşıdır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Rusiya və Belarus öz iqtisadiyyatlarının sabitliyini, sanksiyaların mənfi təsirlərinə qarşı immunitetini təmin etmək üçün hər şeyi edir. Təbii ki, regionlararası sıx tərəfdaşlıq olmadan bu məsələdə uğur əldə etmək çətindir, demək olar ki, qeyri-realdır”, – Putin bildirib.