Belarus-Rusiya birgə qoşunu Rusiyanı müdafiə edəcək

Belarus-Rusiya birgə qoşunu Rusiyanı müdafiə edəcək

Belarus-Rusiya birgə regional qoşun qruplaşması Rusiyanı müdafiə etməyə hazırdır.

AzerTimes xəbər verir ki, bunu Belarus müdafiə nazirinin müavini Andrey Juk deyib.

“Xüsusi bölmələrin hazırlığı həyata keçiriləcək. Ölkə ərazisində taktiki uçuş təlimi başlayacaq. Sonra müxtəlif növ heyət hazırlığı keçiriləcək. Hazırlığın mərhələlərindən biri də birgə təlim olacaq. Biz bunun üçün çalışırıq, düşünürəm ki, təlim yüksək keyfiyyətlə davam edəcək”, – nazir müavini bildirib.

O xatırladıb ki, Belarus və Rusiya prezidentlərinin qərarına əsasən, oktyabrın sonundan Belarus ərazisində qoşunların birgə regional qrupunun hazırlanması və koordinasiyası həyata keçirilir.

Qeyd edək ki, 2022-ci il oktyabrın 10-da Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə birgə regional qoşun qrupunun yerləşdirilməsi barədə razılığa gəldiyini bəyan edib.

Teqlər: