Belarus müdafiə naziri Viktor Xrenin İrana rəsmi səfərə yollanıb.
AzerTimes xəbər verir ki, bu barədə Belarus müdafiə nazirinin köməkçisi Valeri Revenko RİA-ya açıqlamasında deyib.
Revenko nazirin səfər çərçivəsində görüşləri və hansı mövzuların müzakirəsi olunacağı ilə bağlı əlavə məlumat verməyib.
İran tərəfinin məlumatına görə, səfər zamanı Xrenin İranın hərbi-siyasi rəhbərliyi ilə görüşlər keçirəcək.