Belarus MN: Ukrayna raketinin düşməsi təxribatdır

Belarus MN: Ukrayna raketinin düşməsi təxribatdır

Ukrayna raketinin Belarusa düşməsi ilə bağlı Kiyevin qəsdən təxribat törətməsi versiyası istisna edilmir.

AzerTimes xəbər verir ki, bunu Belarus Silahlı Qüvvələrinin zenit-raket qoşunlarının rəhbəri Kirill Kazantsev deyib.

“Bu hadisə ilə bağlı suallar qalır. Biz iki versiyanı nəzərdən keçiririk: ekipajın aşağı hazırlığı və raketin nasazlığı səbəbindən idarə olunan raketin buraxılması və ya Ukrayna silahlı qüvvələrinin qəsdən təxribatı”, – o bildirib.

Qeyd edək ki, ötən gün Ukraynanın S-300 raketi Belarus ərazisinə düşüb.

Teqlər: