Avqustun 16-dan Belarus qeydiyyatı olan bütün avtomobillər üçün Litvaya giriş qadağan edilib.
AzerTimes xəbər verir ki, bu barədə Belarus Sərhəd Komitəsi məlumat yayıb.
Qadağa sahibinin və ya sürücüsünün vətəndaşlığından asılı olmayaraq minik avtomobillərinə şamil edilir.
Qərar satış üçün nəzərdə tutulmayan, habelə AB ölkələrində yaşayış icazəsi üçün vizası və ya müvəqqəti/daimi pasportu olan Belarus vətəndaşlarına məxsus avtomobillərə şamil edilməyib.