Belarus Səhiyyə Nazirliyi koronavirusu əhali üçün təhlükə yaradan xəstəliklər siyahısından çıxarıb.
AzerTimes xəbər verir ki, bu barədə məlumat ölkənin milli hüquqi internet portalında dərc olunub.
Sənədə əsasən, sifilis və qonoreya xəstəlikləri də siyahıdan çıxarılıb.
Qeyd edək ki, koronavirus bu siyahıya 2020-ci ilin 18 fevralında salınmışdı. Hazırda bu siyahıya tənəffüs orqanlarının aktiv vərəmi, taun, vəba, qarayara, Lassa, Marburq, Ebola hemorragik qızdırmaları daxildir.