Minsk Traktor Zavodu (MTZ) 2024-cü ildə Rusiyaya ən azı 20 min Belarus traktoru tədarük etməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə zavodun mətbuat katibi Yuliya Xramtsova məlumat yayıb.
O bildirib ki, 2023-cü ildə zavod 45 min traktor istehsal edib, məhsulun 90%-dən çoxu ixrac olunub:
“Ötən il MTZ məhsullarının Özbəkistana ixracı 60%, Qırğızıstana 70%, Pakistana təxminən 7 dəfə artıb. Şirkət İran üçün xüsusi olaraq 180 at gücünə malik traktor hazırlayır”.