Belarus qoşunları Ukrayna ilə həmsərhəd rayonlarında təxribat törədə bilər.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
“Volın və Polesye istiqamətlərində Belarus silahlı qüvvələrinin Ukrayna ilə həmsərhəd ərazilərdə nümayişkaranə və təxribat xarakterli hərəkətləri, eləcə də qoşunlarımızın mövqelərini və fəaliyyətinin mahiyyətini aydınlaşdırmaq üçün kəşfiyyatın gücləndirilməsi istisna edilmir”, – Baş Qərargahda vurğulanıb.
Baş Qərargah Belarus ərazisindən və hava məkanından raket zərbələrinin davam etdiriləcəyini gözləyir.