Xəbər - Orxan Nəbiyev – Trend:
Belarus Honq Konqda baş konsulluq açacaq.
Trend-in məlumatına görə, bu barədə Belarusun Çindəki səfirliyi bildirib.
Qeyd olunur ki, iki ölkə arasında Honq Konqda baş konsulluğun açılması barədə saziş dekabrın 29-da qüvvəyə minib.
Bu, Belarusun Çin ərazisində dördüncü konsulluğu olacaq.
Belarusun paytaxt Pekində səfirliyi ilə yanaşı, Şanxay, Quançjou və Çuntsin şəhərlərində baş konsulluqları fəaliyyət göstərir.