Belarusda güc strukturlarının şəxsi heyətinin sayı hazırda 1,5 milyon nəfərdir.
AzerTimes xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç deyib.
Onun sözlərinə görə, Prezident Aleksandr Lukaşenkonun əmri ilə yaradılmış xalq milisi də bu saya daxildir:
“Bu gün biz bütün bu strukturları sülh dövründə saxlayırıq. Bütün kompleks – hərbçilər, polislər, Dövlət Təhlükəsizliyi Komitəsi, sərhədçilər, ərazi müdafiəsi və xalq milisləri – ümumilikdə 1,5 milyon şəxs əllərində silahla vətənlərini müdafiə edəcəklər”, – Volfoviç bildirib.