Belarus hərbçiləri vətəndaşlara atəş aça biləcək – Göstəriş

Belarus hərbçiləri vətəndaşlara atəş aça biləcək – Göstəriş

Belarus hərbçiləri vətəndaşlara qarşı silah tətbiq etmək hüququ əldə ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko göstəriş verib.

Onun göstərişinə əsasən, Belarus Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsinin 11-ci maddəsi dəyişdirilib.

Yeni sənədə görə, hərbi qulluqçular onlara həvalə edilmiş tapşırıqları yerinə yetirərkən mövcud vəziyyəti, cinayətin xarakterini, inzibati xətanı və cinayətkarın şəxsiyyətini nəzərə alaraq silahdan istifadə etmək hüququna malikdirlər.

Silahdan istifadə nəticəsində vətəndaşın xəsarət alması və ya ölməsi barədə dərhal müvafiq prokurora, habelə ibtidai istintaq orqanına məlumat verilməlidir. Hərbi qulluqçular ümumi hərbi nizamnamələrin tələblərinə uyğun hərəkət etdikdə dəymiş zərərə görə məsuliyyət daşımayacaqlar.

Teqlər: