Belarus dövlət sərhədinin pozulmadığı təqdirdə hərbi əməliyyatlarda iştirak etməyi planlaşdırmır.
AzerTimes xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.
“Belarus dövlət sərhədinin pozulmadığı təqdirdə prezidentin dediyi kimi, döyüşməyəcək, heç bir iddia irəli sürməyəcək. Dövlət sərhədimizin pozulduğu istisna olmaqla”, – Volfoviç vurğulayıb.
Onun sözlərinə görə, hazırda Belarusa pis niyyətlə yanaşan Polşa, Litva və Ukrayna ilə sərhədlərdə vəziyyəti gərginləşdirmək tendensiyası müşahidə olunur.
O qeyd edib ki, Minsk qonşularına qarşı heç bir ərazi iddiası irəli sürmür.