Belarusda yerli “Buk-MB2” zenit-raket kompleksi üçün yaradılmış raketin növbəti ilkin sınaqları uğurlu olub.
AzerTimes xəbər verir ki, bu barədə Belarus Dövlət Hərbi-Sənaye Komitəsi məlumat yayıb.
“Dövlət Hərbi Sənaye Komitəsi Belarusun Buk-MB2 hava hücumundan müdafiə sistemi üçün hazırlanmış 9M318 yerli zenit idarəolunan raketinin ilkin sınaqlarını uğurla həyata keçirir”, – komitənin məlumatında deyilir.