Azərbaycanın Tehrandakı səfirliyinə diplomatik missiya üzvünün ölümü və daha iki işçinin yaralanması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pisləyirik.
AzerTimes xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
“Azərbaycanlı həmkarlarımıza dərin hüznlə başsağlığı verir, dəstəyimizi bildirir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Biz əminik ki, diplomatik nümayəndəliklərin və konsulluq idarələrinin əməkdaşlarına qarşı yönəlmiş bu cür hərəkətlərə haqq qazandırmaq olmaz”, – deyə açıqlamada vurğulanıb.