Belarus – Azərbaycan oyunu niyə neytral meydançada keçiriləcək? – AÇIQLAMA

Xəbər - Fərid Zöhrabov – Trend:

Azərbaycan millisinin Belarusla səfər oyunu neytral meydanda
keçiriləcək.

Bu barədə UEFA məlumat yayıb.

Bunu Trend-ə AFFA-nın Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsinin müdiri Firuz Abdulla da təsdiqləyib.

Onun sözlərinə görə, UEFA təhlükəsizlik səbəbindən belə bir
qərar verib:

Oyunun hansı ölkədə keçiriləcəyi ilə bağlı məsəslənin həlli
Belarus Futbol Federasiyasının öhdəliyinə düşür”, – deyə qurum
rəsmisi bildirib.


Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən,
Millətlər Liqasının qrup mərhələsində Belarus – Azərbaycan
qarşılaşması neytral ölkədə oynanılacaq. Üstəlik, həmin görüşə
azarkeş buraxılmayacaq.

Bu qərar Belarusun təkcə millimizə qarşı deyil, bütün ev
oyunlarına şamil edilib. Qərar dərhal qüvvəyə minib. Zərurət
yaranarsa, vəziyyəti yenidən qiymətləndirmək və zəruri hallarda
əlavə qərarlar qəbul etmək üçün müntəzəm olaraq növbəti
növbədənkənar iclaslar keçiriləcək.

Belarus – Azərbaycan görüşü C liqasının III qrupu çərçivəsində
iyunun 6-da oynanılacaq.

Twitter:@FaridZohrabov

Teqlər: