Belarus “Avroviziya-2022” müsabiqəsində iştirak etməyəcək.
AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə müsabiqənin rəsmi saytında bildirilir.
Bildirilir ki, Belarus müsabiqəyə buraxılmayıb. İyulun 1-dən Belteleradioşirkətin Avropa Yayım Birliyi sıralarında üzvlüyü dayandırılıb.
Qeyd edək ki, 66-cı “Avroviziya” müsabiqəsi 10,12 və 14 may tarixlərində İtaliyanın Turin şəhərində keçiriləcək.