Belarus Avropa Şurasına üzvlük ərizəsini geri götürə bilər.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz deyib.
“AŞ və Qərb Belarusa qarşı destruktiv xətti davam etdirsə, Minsk bu struktura qoşulmaq üçün ərizəsini geri götürəcək və AŞ ilə münasibətlərin qalan formatlarını nəzərdən keçirməyə davam edəcək”, – o bildirib.
Şuranın Reykyavikdə keçirilən sammitinin nəticələrini şərh edən Qlaz qeyd edib ki, bu, onların 30 il əvvəl qoşulmaq istədiyi təşkilat deyil:
“Belarusun üzvlük ərizəsinə baxılması hələ 1990-cı illərdə AŞ tərəfindən dondurulub. Belə bir anlayış var ki, AŞ adi vətəndaşların, o cümlədən Belarusun gözü qarşısında özünü tamamilə nüfuzdan salmaq üçün hər şeyi edir”.