Belarus-Avropa Birliyi sərhədində 2 minə yaxın yük maşını gözləyir.
AzerTimes xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin məlumatında bildirilib.
Məlumata görə, ən ağır vəziyyət Litva istiqamətindədir: “Kotlovka”da 110, “Kamennıy Loq”da 700, “Benyakoni”də 630, “Privalka”da 200 nəqliyyat vasitəsi tıxac yaradıb.
Latviya istiqamətində bir keçid məntəqəsi var və “Qriqorovşina”da yola düşmək üçün 230 yük maşını gözləyir.
Belarus-Polşa sərhədində isə 40 avtomobil sərhəddən keçməyi gözləyir.