Bəhreynin baş naziri vəliəhd şahzadə Salman bin Həməd bin İsa Al
Xəlifə İsrailin baş naziri Naftali Bennetin bu ölkəyə səfər
dəvətini qəbul edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Krellığın xarici işlər
naziri Abdel Lətif bin Rəşid Az Zayani deyib.
“Vəliəhd N.Bennetin İsrailə səfər dəvətini qəbul edib. İsrail
Nazirlər Kabinetinin rəhbəri ilə danışıqlarda toxunulan mövzular
arasında İranın nüvə proqramı və terrorizm də olub”, – deyə
Krallığın XİN rəhbəri bildirib.
Bundan əlavə, Al Zayani vurğulayıb ki, N.Bennettin Krallığa
səfərini iki ölkə arasındakı münasibətlərdə mühüm addım
adlandırıb.
Xatırladaq ki, İsrailin baş naziri fevralın 14-ü tarixdə ilk
dəfə Bəhreynə rəsmi səfərə gəlib. Fevralın 15-i Naftali Bennet
Bəhreynin vəliəhdi, yəhudi icmasının liderləri, ABŞ-ın Beşinci
Donanmasının komandanı, vitse-admiral Bred Kuper, həmçinin
Krallığın Xarici İşlər Nazirliyinin rəhbəri Əbdüllətif bin Rəşid Al
Zəyani və bir sıra digər nazirlər ilə görüşlər keçirib.