Bəhreyndən hər hansı bildiriş almamışıq – İsrail

Bəhreyndən hər hansı bildiriş almamışıq – İsrail

İsrail Xarici İşlər Nazirliyi Bəhreyn hökumətindən diplomatlarının geri çağırılması ilə bağlı bildiriş almayıb.

AzerTimes xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir.

Qeyd olunub ki, Bəhreyn hökumətindən və ya İsrail hökumətindən ölkələrin səfirlərinin geri çağırılması ilə bağlı hər hansı bildiriş və ya qərar qəbul edilməyib.

Vurğulanıb ki, İsrail və Bəhreyn arasında münasibətlər sabitdir.

Qeyd edək ki, Bəhreynin İsraillə iqtisadi əlaqələrini kəsib, səfirini geri çağırdığı bildirilir.

Teqlər: