“Qarabağ” klubunun futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb.
AzerTimes xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Buna müdafiəçinin zədələnməsi səbəb olub.
Qeyd edək ki, Azərbaycan yığması ötən gün Millətlər Liqasının I turunda Bakıda İsveçə uduzub – 1:3. Milli sentyabrın 8-də səfərdə Slovakiya ilə üz-üzə gələcək.