Xəbər - Samir Əli – Trend:
Bakıda xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirləndirilən idmançının barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
AzerTimes-ın məlumatına görə, Bakıda “Beerlin Pub”da müştəri olan Vüqar Mustafayevi döyərək öldürən mühafizəçi Orxan Şahbazovun cinayət işinin materilalları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Samir Əliyevin sədrliyi ilə baxılacaq.
O.Şahbazov Cinayət Məcəlləsinin 120.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
Xatırladaq ki, bu ilin avqustunda Bakının Xətai rayonu ərazisində, metronun “Xətai” stansiyasının yaxınlığındakı məşhur “Beerlin Pub”da obyektin mühafizəçisi, idmançı Orxan Şahbazov müştəri Vüqar Mustafayevi döyüb. Xəstəxanaya yerləşdirilən zərərçəkmiş orada ölüb. Vüqar Mustafayev Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşı olub.