BƏƏ və OPEC neft hasilatı ilə bağlı razılıq əldə edib

Xəbər - Orxan Nəbiyev – Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və OPEC ölkələri neft hasilatı ilə bağl OPEC+ sazişi üzrə razılığa gəlib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi bildirib.

Qeyd olunub ki, yeni razılaşmaya əsasən, 2022-ci ilin may ayından başlayaraq BƏƏ-nin hasilat həddi 3,65 milyon barel/sutkayadək artırılaracaq.


Hazırkı saziş çərçivəsində BƏƏ-nin baza hasilat səviyyəsi 3,168 milyon barel təşkil edir. Əbu-Dabi hasilat səviyyəsinin 3,8 milyon barelədək artırmaqda təkid edirdi.