BƏƏ və Bəhreyn HDQ İsraillə ilk dəfə birgə təlimlər keçirir

ABŞ, BƏƏ və Bəhreyn Qırmızı dənizdə İsraillə birgə hərbi dəniz təlimləri keçirir.

Trend xəbər verir ki, bu təlim BƏƏ və Bəhreyn üçün, ABŞ-ın vasitəçiliyi ilə 2020-ci ilin sentyabrında İsraillə münasibətlərin normallaşmasından sonra, bu ölkənin ordusuyla ilk qarşılıqlı əlaqədir.

“ABŞ qüvvələrinin birgə dəniz təhlükəsizliyi imkanlarımızı gücləndirmək üçün bölgədəki tərəfdaşlarla təlimlər keçirməsini görmək xoşdur”, deyə amerikalı vitse-admiral Bred Kuper bildirib.

Qeyd olunur ki, dənizdə əməkdaşlıq regional təhlükəsizlik və sabitlik üçün vacib olan naviqasiya azadlığının və ticarət azadlığının təmin edilməsinə kömək edir.

Kuper əlavə edib ki, beş günlük təlim iştirakçı tərəflər arasında qarşılıqlı əlaqəni gücləndirmək məqsədi daşıyır. Onun sözlərinə görə, təlimlər ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Portland kreyserində başlayıb.