BƏƏ-nin vasitəçiliyi sayəsində 248 rusiyalı hərbçi Ukrayna əsirliyindən geri qaytarılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Yanvarın 3-də Kiyev rejiminin nəzarətində olan ərazi ilə aparılan mürəkkəb danışıqlar prosesi nəticəsində 248 rusiyalı hərbi qulluqçu geri qaytarılıb. Rusiya hərbçilərinin əsirlikdən qayıtması Birləşmiş Ərəb Əmirliyinin humanitar vasitəçiliyi sayəsində mümkün olub”, – Müdafiə Nazirliyi bildirib.
Qeyd olunur ki, azad edilən bütün Rusiya hərbçiləri lazımi tibbi və psixoloji yardım alırlar.