BƏƏ Türkiyəyə təşəkkür etdi

BƏƏ Türkiyəyə təşəkkür etdi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrail ravvini və yəhudi dini hərəkatının nümayəndəsi Tzvi Koqanın öldürülməsində şübhəli bilinən şəxslərin saxlanılmasında göstərdiyi köməyə görə Türkiyə hakimiyyətinə təşəkkür edib.

AzerTimes xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Birləşmiş Ərəb Əmirlikləri Tzvi Koqanın ailəsinə dərin hüznlə başsağlığı verir. Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi həmçinin cinayətkarların tutulmasında göstərdikləri əməkdaşlığa görə Türkiyə Respublikasının hakimiyyət orqanlarına səmimi təşəkkürünü bildirib”, – məlumatda vurğulanıb.

Bu arada Türkiyə Milli Kəşfiyyat Təşkilatı Tzvi Koqanın ödürməkdə şübhəli bilinən üç Özbəkistan vətəndaşını İstanbulda saxlanıldığı barədə məlumat yayıb.

Qeyd edək ki, Tzvi Koqan İsrail və Moldova vətəndaşıdır. O, 2020-ci ilin sonunda İsrail və BƏƏ arasında diplomatik əlaqələr qurduqdan sonra Əbu-Dabidə yaşayıb. “Habad” dini hərəkatının nümayəndəsi həm də BƏƏ-dəki baş rezident ravvin Levi Duhmanın köməkçisi olub.

Teqlər: