Birləşmiş Ərəb Əmirlikləri Türkiyə iqtisadiyyatına sərmayə qoymaq üçün 10 milyard dollar ayırıb.
Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Ankarada keçirilən mətbuat konfransında BƏƏ Dövlət İnvestisiya Fondu – Abu Dhabi Development Holdinqinin idarə heyətinin sədri Məhəmməd Həsən əl-Suveydi bildirib.
Bundan əvvəl Türkiyə Respublikası Mərkəzi Bankı ilə Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
İmzalanma mərasimi Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanın Ankaraya səfəri çərçivəsində baş tutub.