BƏƏ şirkəti Azərbaycanda bunun üçün 26 milyon ayırır

BƏƏ şirkəti Azərbaycanda bunun üçün 26 milyon ayırır

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında yeni rezident – Birləşmiş Ərəb Əmirliklərinin “SENSEMI DMCC” şirkətinin Azərbaycandakı nümayəndəliyi qeydiyyata alınıb.

AzerTimes xəbər verir ki, bu barədə İZİA məlumat yayıb.

Bildirilir ki, bununla da, Sənaye Parkının rezidentlərinin sayı 32-yə çatıb.

BƏƏ kapitallı “SENSEMI DMCC” şirkətinin Azərbaycandakı nümayəndəliyinə müəssisəni inşası üçün Sənaye Parkında 1 hektar ərazi ayrılıb. Şirkət burda elektrik avtomat və sayğac istehsal edəcək. İnvestisiya dəyəri 26 milyon manatdan çox olan müəssisədə 83 nəfər daimi işlə təmin ediləcək.

Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.

Teqlər: