Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Tehrandakı səfirini geri qaytarır.
AzerTimes xəbər verir ki, bu barədə BƏƏ-nin XİN-ni məlumat yayıb.
Məlumata görə, diplomatın yaxın günlərdə vəzifəsinin icrasına başlayacaq:
“Səfirin geri qaytarılması ilə bağlı qərar İran Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq qəbul edilib”.
Qeyd edək ki, Əbu-Dabi ilə Tehran arasında münasibətlərin yaxınlaşması ötən ilin sonunda başlayıb. Ötən il Dekabrın 6-da Əmirliyin milli təhlükəsizlik üzrə müşaviri Şeyx Təhnun bin Zayed Əl Nəhyan İran paytaxtına səfər edərək həmkarı Əli Şəmxani, eləcə də İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə əməkdaşlığı genişləndirmək üçün danışıqlar aparıb.
Xatırladaq ki, BƏƏ öz səfirini geri çağırmış və 2016-cı ildə Səudiyyə Ərəbistanının bu respublikadakı diplomatik nümayəndəliklərinə edilən hücumlara görə İranla siyasi əlaqələrin səviyyəsini aşağı saldığını bildirmişdi. Bundan əlavə, tərəflər arasında Fars körfəzindəki üç ada ilə bağlı bir sıra tarixi fikir ayrılıqları var.