Birləşmir Ərəb Əmirlikləri (BƏƏ) Qəzza zolağına 25 ton humanitar yardım göndərib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, 25 ton ərzaq, tibbi və müxtəlif yardım materialları daşıyan təyyarə BƏƏ-dən Misirin Ariş şəhərinə yola düşüb.
Yardım Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının koordinasiyası çərçivəsində “Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzza zolağına çatdırılacaq.