Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyəti koronavirusa
qarşı peyvənd olunmayan vətəndaşların aprelin 19-dan ölkə xaricinə
çıxışına qoyulan qadağanı aradan qaldırmaq qərarına gəliblər.
AzerTimes-ın məlumatına görə, bu barədə Fövqəladə hallar və
fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli
İdarəsinin mətbuat katibi Taher əl-Bureyk əl-Amiri bildirib.
Onun sözlərinə görə, peyvənd olunmayan BƏƏ vətəndaşları üçün
çıxış protokolunun yenilənməsi koronavirusa qarşı peyvənd olunmamış
və ya gücləndirici peyvənd dozası almamış şəxslərin xaricə
səyahətinə icazə verilməsini nəzərdə tutur.
Bundan əlavə, BƏƏ-yə daxil olan 16 yaşınadək peyvənd olunmamış
şəxslər ölkəyə gəldikdən sonra PCR testindən azad olunacaqlar.