BƏƏ-nin yeni prezidenti seçilib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yeni prezidenti seçilib.

Trend-in
məlumatına görə, Əbu-Dabi Əmirliyinin Vəliəhdi Şeyx Məhəmməd bin
Zayed Al Nəhyan Ali Şura tərəfindən bu vəzifəyə seçilib.

O, bu vəzifədə Şeyx Xəlifə bin Zayed Al Nəhyanı əvəz edəcək.

Xatırladaq ki, BƏƏ prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyan
ötən gün uzunsürən xəstəlikdən sonra 73 yaşında vəfat edib.