BƏƏ-nin qlobal yaşıl hidrogen bazarındakı hədəfi budur

BƏƏ-nin qlobal yaşıl hidrogen bazarındakı hədəfi budur

Ekspertlər hesab edirlər ki, təmiz və bərpa olunan enerji sahəsində innovativ texnologiyaların sürətli inkişafı nəticəsində qlobal miqyasda yaşıl hidrogen istehsalı hər il 57 faiz artaraq 2030-cu ildə 5,7 milyon tona çatacaq. Bu perspektivli sektorda gedən rəqabət fonunda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) irimiqyaslı layihələr həyata keçirir.

AzerTimes VAM agentliyinə istinadən xəbər verir ki, BƏƏ aşağı karbonlu hidrogen bazarının 25 faizini əldə etməyi hədəfləyir və bu ölkənin payının 400 milyard dollardan çox olacağı gözlənilir.

Mütəxəssislər qeyd edirlər ki, Dubayda günəş enerjisi mənbələrinin bolluğu, Əmirliyin güclü bank sistemləri, qabaqcıl infrastruktur, günəş parkları, ammonyak istehsalı zavodları, alüminium və polad fabrikləri BƏƏ-nin öz hədəflərinə nail olmasına şərait yaradır.

Teqlər: