BƏƏ naziri Azərbaycana gəlir

BƏƏ naziri Azərbaycana gəlir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlim Dəyişikliyi və Ətraf Mühit naziri Amna bint Abdullah Al Dahak Azərbaycana səfər edəcək.

AzerTimes xəbər verir ki, xanım nazir Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək.

Qeyd edək ki, noyabrın 11-də COP29 tədbirinin rəsmi açılış mərasimi olacaq. Noyabrın 12-13-də Liderlər Sammiti keçiriləcək, noyabrın 12-də isə “Yaşıl Zonada birinci xanımların görüşü baş tutacaq. Tədbir noyabrın 22-də rəsmi olaraq yekunlaşsa da, danışıqlardan asılı olaraq bu tarix uzana da bilər.

Teqlər: