BƏƏ koronavirusla bağlı yumşalmalar tətbiq edir

Birləşmiş Ərəb Əmirliklər açıq havada maska taxmaq və COVID-19-a
yoluxanlarla təmasda olanlar üçün məcburi karantin tələbini ləğv
edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, ölkəyə gələn tam
peyvənd edilmiş sərnişinlər artıq PCR testləri verməyəcək.

“İqtisadiyyat və turizm sektorları üçün sosial məsafə tələbi
ləğv edilir, lakin qapalı yerlərdə maska ​​taxmaq tələbi hələ də
qüvvədədir”,- BƏƏ Fövqəladə Hallar, Böhran və Fəlakətlərin İdarə
Edilməsi qurumunun məlumatında deyilir.


Paytaxt Abu Dabi də digər BƏƏ əmirliklərindən gələnlər üçün PCR
test tələbini ləğv edib.