Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran Prezidenti Rəisini daşıyan helikopterin axtarışına hərtərəfli dəstək verməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu BƏƏ-nin Tehrandakı səfiri Seyf Məhəmməd əl-Zaabi deyib.
“BƏƏ İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianı daşıyan helikopterlə bağlı insidentlə əlaqədar medianın xəbərlərini böyük narahatlıqla izləyir. Səfirlik ölkə rəhbərliyindən göstərişlər alaraq, İran İslam Respublikasına kömək etməyə və axtarış-xilasetmə əməliyyatına hər cür dəstək verməyə hazırdır”,- o bildirib.