Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 2 gündür davam edən şiddətli yağışlar selin yaranmasına səbəb olub.
AzerTimes xəbər verir ki, sel ölkədə 7 nəfərin həyatına son qoyub.
Bundan başqa, şiddətli yağışlar Ras Əl-Xayma, Əl-Füceyrə və Şarja əmirliklərində fəsadlar yaradıb.
Həmçinin, 879 nəfərin seldən xilas edildiyi bildirilib.