Xəbər - Orxan Nəbiyev – Trend:
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Venera planetinin və asteroidlər qurşağının tədqiq olunması üçün kosmik proqram işə salıb.
Trend-in məlumatına görə, bu barədə BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay əmiri Məhəmməd bin Rəşid əl Məktum öz “Twitter” səhifəsində yazıb.
O bildirib ki, bu proqram asteroidlərdən birinin səthinə kosmik aparatın enməsini nəzərdə tutur.
Qeyd olunur ki, missiya Venera planetinin və yeddi asteroiddən ibarət qurşağın tədqiqatını aparacaq.
Missiyanın 2028-ci ildə işə salınması planlaşdırılır.
Xatırladaq ki, 2020-ci ilin iyulunda BƏƏ Marsa “Əl-Amal” missiyasını yola salmışdı. Bu il fevralın 9-da missiya Marsın orbitinə çatıb.