Birləşmiş Ərəb Əmirlikləri COVID-19-un müalicəsi üçün Böyük Britaniyanın “GSK (GlaxoSmithKline)” əczaçılıq şirkətinin istehsalı olan satrovimabın (VIR-7831) dərmanın istifadəsini elan edib.
AzerTimes-ın məlumatına görə, bu barədə əmirliklərin The National qəzeti bildirib.
Məlumata əsasən, dərman Əbu-Dabiyə iyunun 15-də gəlib. Beləliklə, BƏƏ bu dərmanı alan və istifadəsinə başlayan dünyada ilk ölkə oldu.
Sotrovimabın çəkisi 40 kq-dan çox olan 12 yaş və yuxarı yaşlı yetkin yaşlı xəstələrdə və yeniyetmələrdə yüngül və orta dərəcədə keçirilən xəstəliyin müalicəsi üçün təsdiq edildiyi qeyd edilib.