Bədii gimnastika üzrə Azərbyacan millisinin ikinci heyəti Daşkəndə yola düşüb

Aprelin 15-dən 17-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində
bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək.

Yarışda iştirak etmək məqsədilə bədii gimnastika üzrə Azərbyacan
millisinin ikinci heyəti adıçəkilən şəhərə yola düşüb.

AzerTimes xəbər verir ki, Dünya
Kubokunda ölkəmizi fərdi proqramda Alina Gözəlova və İlona
Zeynalova, qrup hərəkətləri proqramında isə Səkinə İbrahimbəyli,
Fidan Yusifzadə, Leyla Əliyeva, Zəhra Paşazadə, Nigar Xankişiyeva,
Nərgiz Ramazanova təmsil edəcək.

Teqlər: