Xəbər - Cani Babayeva – Trend:
Bədii gimnastika üzrə Azərbaycan çempionatında böyük idman
təcrübəsi qazandım.
Bunu Trend-ə
çempionatın gümüş və bürünc mükafatçısı Ləman Əhmədli deyib.
Gimnast özünün çempionatda çıxışından razı qaldığını
bildirib.
“Yarışların birinci günü mənim üçün kifayət qədər uğurlu olmasa
da, bu gün lent və topla hərəkətlərimdən razı qaldım. Topla
proqramda qüsurlar olsa da, onları gələn yarışlarda aradan
qaldırmağa çalışacağam”, – gimnast deyib.
Qeyd edək ki, Respuiblika Kompleks İdman Məktəbini təmsil edən
L.Əhmədli lentlə hərəkətlərdə gümüş, topla hərəkətlərdə isə bürünc
medal qazanıb.
Yarışlarda Bakı şəhəri üzrə “Ocaq Sport”, Bakı Gimnastika
Məktəbi, Grasiya IK, Respublika Kompleks İdman Məktəbi, digər şəhər
və bölgələr üzrə Xırdalanın “Zirvə” klubu, Sumqayıt, Gəncə və
Mingəçevirdən ümumilikdə 40 idmançı birincilik uğrunda mübarizə
aparır.
Qaliblər həm ayrı-ayrı alətlərdə (top, halqa, gürzlər, lent),
həm də çoxnövçülük xalına görə müəyyən edilir.
(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)