Bədii Gimnastika üzrə 27-ci Bakı Çempionatının “yeniyetmələr” yaş kateqoriyası üzrə qaliblər mükafatlandırılıb

Mayın 4-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə
27-ci Bakı çempionatının “yeniyənlər” (2007-2009) yaş
kateqoriyasında gimnastlar arasında fərdi çoxnövçülük üzrə
qaliblərin və medalçıların mükafatlandırılması mərasimi
keçirilib.

Şəxsi çoxnövçülükdə qızıl medalı Mədinə Dəmirova, gümüşü Kamilla
Qafarova, bürünc medalı isə Gövxar İbrahimova qazanıb. Hər üç
gimnast “Ocaq Sport” klubunun yetirmələridir.

Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında
bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.

Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup
komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.

Yarışda idmançılar fərdi (balacalar – 2012, 2013, 2014-cü il
təvəllüdlü, yeniyetmələr – 2010-2011-ci il təvəllüdlü, gənclər –
2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında
(balacalar – 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr –
2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və
qrup hərəkətləri proqramında öz aralarında qalibləri
müəyyənləşdirəcəklər.

Teqlər: